Avtobus qəzasında xəsarət alanlardan

Bakının Xocahəsən qəsəbəsində 119 saylı xətt marşrutu üzrə hərəkətdə olan avtobusun aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 7 nəfərdən 6-sı evə buraxılıb.

Mərkəzdən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan 6 nəfərin vəziyyəti yüngül olduğundan onlar tibbi yardım göstəriləndən sonra öz xahişləri ilə ambulator müalicəyə buraxılıb: "Yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. O, hadisə zamanı ağır kəllə-beyin travması alıb".

Bundan başqa, hadisə nəticəsində xəsarət alaraq 1 saylı Respublika klinik Xəstəxanasına yerləşdirilən 2 nəfər tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Respublika Klinik Xəstəxanasından bildiriblər ki, həmin 2 nəfərin səhhəti normal olduğu üçün qəbuldan imtina edib. Hər iki yaralı ambulator müalicəyə göndərilib.//Trend.az

Növbəti 3 gün ərzində dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR