Bu ürək dərmanları zərərli imiş

Bu ürək dərmanları zərərli imiş
17:58 8 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Qanda xolesterinin səviyyəsini aşağı salan dərmanlar (statin qrupu) orqanizmə ziyan vura bilər.

Bu barədə hazırlanmış məqalə Sürix universitetinin jurnalında dərc olunub.

Məqalədə bildirilir ki, ABŞ-da, Böyük Britaniyada və bir çox digər ölkələrdə ştatın qrupu preparatları yaxın 10 ildə ürək-damar xəstəliyinə yoluxa biləcək bütün pasiyentlərə proflaktik məqsədlə təyin olunur.

Bu problemi aydınlaşdırmaq üçün alimlər yeni kompüter modeli hazırlayaraq preparatın uzun müddətli qəbulu zamanı meydana çıxan yan təsirlərini araşdırıblar.

Araşdırmaçılar belə bir nəticəyə gəliblər ki, statin qrupu preparatları çox vaxt ehtiyacı olmayan xəstələrə təyin edilir. Bu isə onun zərərini daha çox göz önünə çıxarır.

İnsult və infarkt risqi daşıyan 40-44 yaşlı kişilərə statin preparatları təyin edildikdə bir müddət sonra dərmanın verdiyi fəsadlar daha rahatlıqla aradan qaldırılır. Amma bu dərmanı qəbul edən daha yaşlı (70-75 yaşlı) insanlarda onun yan təsirləri özünü daha tez və qabarıq büruzə verir.

Qadınlarda isə vəziyyət tam başqadır. Belə ki, ştatın qrupu preparatları qadın orqanizminə zərər vurma ehtimalı daha çoxdur.

Başqa bir vacib məqam isə odur ki, statinlərin bəzi tipləri digərlərindən daha az əks təsirə malikdir. Məsələn, məlum olub ki, "atorvastatin" və "rozuvastatin" adlı ürək dərmanları "simvastatin" və "pravastatin" preparatlarından daha az zərərlidir.

Statinlərin yan təsiri əsasən özünün əzələ ağrısı kimi büruzə verir. Az hallarda isə diabet, hepatit, pankreatit, görmə və yaddaş pozğunluğu meydana çıxa bilər. (medichina.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/262462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR