“Bavariya”dan darmadağın, “Borussiya”dan çətin qələbə

“Bavariya”dan darmadağın, “Borussiya”dan çətin qələbə
05:53 9 Dekabr 2018
124 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasında 14-cü tura start verilib.

Publika.az xəbər verir ki, turun oyunları 3 günü əhatə edəcək.

İlk oyun günündə “Verder” Düsseldorf “Fortuna”sı ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

“Bavariya” öz meydanında “Nürnberq”i qəbul edib və 3 cavabsız qolla qalib gəlib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Şalke”ylə münasibətlərinə aydınlıq gətirib. Üç qolun vurulduğu qarşılaşma dortmundluların qələbəsiylə yekunlaşıb.

Almaniya Bundesliqası, 14-cü tur

7 dekabr

Verder - Fortuna 3:1

Qol: Mohvald, 20. Harnik, 71. Sargent, 78 - Lukebakio, 43-pen.

8 dekabr

Bavariya - Nürnberq 3:0

Qol: Levandovski, 9; 27. Riberi, 56.

Bayer - Auqsburq 1:0

Qol: Alario, 75.

Frayburq - Leyptsiq 3:0

Qol: Petersen, 12. Valdşmidt, 45-pen. Frants, 52.

Şalke - Borussiya D 1:2

Qol: Kaliqiuri, 61-pen - Delaney, 7. Sanço, 74.

Volfsburq - Hoffenhaym 2:2

Qol: Biçakçiç, 28-öz qapısına. Ginçek, 31 - Belfodil, 4. Kramariç, 71.

Herta - Ayntraxt 1:0

Qol: Qruyiç, 40.

9 dekabr

18:30 Maynts - Hannover
21:00 Borussiya M - Ştutqart


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/262490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR