Rusiyanın Kamçatka yarımadasında II Dünya Müharibəsindən qalan savaş təyyarəsinin qalıqları tapılıb.
Publika.az xəbər verir ki, “DB-3” tipli bombardman təyyarəsinin qalıqları 76 ildən sonra torpağın altından çıxarılıb.
Təyyarə SSRİ ordusuna aid olub. Onun üzərindəı ittifaqa aid simvol və işarələr var. Qalıqların arasından bombardmançı pilotların əşyaları da tapılıb.
76 ildir tarixin torpaq qatlarında gizlənmiş təyyarənin görüntülərini təqdim edirik: