Arıçılara subsidiyaların verilməsinə başlanılır

Ölkəmizdə aqrar sahədə arıçılıq mühüm yer tutur. Kənd təsərrüfatının bu gəlirli sahəsinin inkişaf etdirilməsi üçün son illər ölkəmizdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamında ölkəmizdə arıçılığın inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

Metbuat.az xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclasında hər arı ailəsinə 10 manat hesabı ilə 373 min 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İclasda subsidiya veriləcək rayonlar arasında Masallının da adı vardır.

Masallıda ilkin mərhələdə arıçılıqla məşğul olan 90 nəfərə 2244 arı ailəsi üçün 22 min 440 manat məbləğində subsidiya ayrılıb. Rayonun Hişkədərə kəndində 4, Miyankü kəndində 3, Ərkivan qəsəbəsində 18, Çaxırlı kəndində 14, Yeddioymaq kəndində 16, Sərçuvar kəndində 19, Gəyəçöl kəndində 11 və Səmidxan kəndində 5 ailə subsidiyadan yararlanacaq.

Masallıdakı arı ailələrinin və arıçıların uçotunun aparılması üçün 4 işçi qrupu yaradılıb. İşçi qrupları tərəfindən aparılmış monitorinqlər nəticəsində rayonda 9 mindən çox arı ailəsinin olduğu müəyyənləşib.

Qeyd edək ki, rayon üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsinin (agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.//AzərTac

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR