Sərhədi keçmək istəyən azərbaycanlılar tutuldu

Sərhədi keçmək istəyən azərbaycanlılar tutuldu
19:11 13 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya-Ukrayna sərhədini qanunsuz keçmək istəyən iki Azərbaycan vətəndaşı saxlanılıb.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, adları açıqlanmayan Azərbaycan vətəndaşları Rusiya-Ukrayna sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda keçmək istəyib.

Hadisə Rusiyanın Belqorod vilayətində, Ukrayna ilə sərhəddə yerləşən Şetinkova kəndi yaxınlığında baş verib. Azərbaycanlılar nəzarət-buraxılış məntəqəsindən kənar ərazidə sərhədi keçmək istəyərkən yaxalanıblar.

Araşdırma zamanı ortaya çıxıb ki, hər iki Azərbaycan vətəndaşının Rusiyaya girişi daha əvvəl qadağan olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR