Ermənistanda seçki saxtakarlığı: şok faktlar AÇIQLANDI

Ermənistanda seçki saxtakarlığı: şok faktlar AÇIQLANDI
23:38 9 Dekabr 2018
129 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermənin gedişatında ən gərgin vəziyyət Ararat vilayətindəki seçki məntəqələrində qeydə alınıb.

Publika.az erməni KİV-inə istinadən xəbər verir ki, bu haqda “İnformasiya vətəndaşı ittifaqı”nın başçısı Daniyel İoannisyan bildirib.

“Orada gizli səsvermə prinsipi pozulur, seçki məntəqələrində insanların kütləvi gətirilməsi qeydə alınıb”, - İoannisyan deyib.

Onun sözlərinə görə, seçki məntəqələrində yaranan problemlər həmçinin seçki komissiyalarının rəhbərlərinin qanunlarla tanış olma səviyyəsi ilə bağlıdır. Müşahidəçilərin seçki prosesinə müdaxilə etdiyini deyən təşkilat sədri qeyd edib ki, əvvəllər qayda pozuntuları daha çox seçki məntəqələrindən kənarda qeydə alınırdısa, indiki halda, pozuntular əsasən seçki məntəqələrində baş verir.

“İrəvanda seçki məntəqələrindən kənarda seçkiqabağı rüşvətin verilməsi ilə bağlı bir neçə şikayət olub”, - İoannisyan bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/262556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR