Xəzərdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edildi - FOTO

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edildi - FOTO
10:08 10 Dekabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.

Dövlət Sərhəd Xidmətindən Publika.az-a verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb.

Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayonunun sakin­ləri 1970-ci il təvəllüdlü Rüstəmov Əli Rəfayıl oğlu və 1991-ci il təvəl­lüdlü Cəfərov Elnur Eldar oğlu olmaları müəyyən edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR