"Ərim əsəbiləşəndə 10 dəqiqə qışqırır" - Elnarə - VİDEO

"Əslində 70 kiloqramam. Bunu dəyişə bilmirəm, elə orada da qalıb. Gözləyirəm uşaqlar yeyib bitirir, sonra onların qarşısında qalanı yeyirəm. Məni öldürsələrdə süfrədə qalan yeməyi zibilə ata bilmərəm".

Metbuat.az-ın Azxeber.com-a istinadən məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova "Şou məkan" verilişində deyib. İfaçı həyat yoldaşı, aparıcı Rövşən Cahangirovdan danışıb:

"Rövşən mənim ilkimdir. O, olmasaydı, uşaqlarım da dünyaya gəlməzdi. Hərdən uşaqlar bizi qısqanır. Rövşən əlimdən tutanda, boynumdan qucaqlayanda, uşaqlar gəlib girir aramıza. O ailədə ki, ana-ata sevgi göstərə bilir, orada uşaqlar özlərinə əmin böyüyürlər. Ailə qurdum, ana oldum və dəyişdim. Artıq ömrümün yarısını yaşamışam. Nə qədər qalıb, bunu Allah bilir. Rövşənin hərəkəti və sözü olmur. O, əsəbiləşəndə qışqırır. 10 dəqiqə qışqırır, orada sən nə söz, nə hərəkət seçmirsən".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR