Gürcüstandan gələn avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlandı

Gürcüstandan gələn avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlandı
13:22 10 Dekabr 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 2121" markalı avtomobilə "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı həyata keçirilib.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, yanacaq çəninin içərisindən üzərində "Picolo Corsar" yazısı olan 130 qutu pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/711241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR