Xarici məşhurlar haqqında

Hər birimizin bəyəndiyi və sevdiyi məşhur əlbətdə vardır. Amma bəzi insanlar sevdikləri məşhurlar haqqında elə maraqlı məlumatlar bilir ki, təəccüblənməmək əldə deyil.

Metbuat.az sizlər üçün hazırladığı bu xəbərdə, bəzi insanların heyran olduqları məşhurlar haqqında bildikləri ən cəfəngiyyat fikirləri sıraladı.

Dərin bir nəfəs alın və yazımızı oxumağa başlayın.

1. Ariana Grande saçlarını hər zaman atquyruğu yığır.

Bunun səbəbi isə "Nickelodeon" rolları üçün saçlarını tez-tez boyamış olmağıdır. Belə ki, dörd il saçlarını hər həftə qırmızı rəngə boyamağı lazım gəlib və saçlarına bu səbəbdən zərər verib.

2. Elvis Presley təbii sarışındır.

Elvisin köhnə bərbərinə görə hər birimizin bildiyi stilini qorumaq üçün Elvis Presley saçlarını 2-3 həftədən bir boyayıb.

3. David Bovie gənclik illərində etdiyi bir mübahisədən sonra iki fərqlı göz rənginə sahib olub.

Bovie ilə mübahisə edən adam, ona yumruq atib. Bu vəziyyət isə anizokori adlı bir xətəliyə səbəb olmuşdur. Bu xəstəliyi yaşayan insanların göz bəbəkləri fərqli böyüklükdə olur. Yəni, əslində Bovienin bir gözü mavi bir gözü qara deyil.


4." Mahnı sözü yaza bilmir" fikirlərindən sonra Taylor Svift üçünçü albomunun bütün mahnılarını özü yazıb.

Bu albom üçün 2 il çalışıb. Daha sonraki albomlarında isə bir çox bəstəkarla iş görən Svift, son albomunda isə sadəcə üç şəxsdən kömək alıb.

5. Beyoncenin ətir brendi olmağına baxmayaraq əslində onun ətirlərə alergiyası var.

6. Little Mix grupundan Perrie Edvards qoxuları hiss edə bilmir.

Qoxu hissi olmadan dünyaya gələn Perrie, nece qoxduğunu bilməsə də illərdir eyni ətiri istifadə edir. Çünki keçmişdə bu ətir səbəbi ilə olduqca çox tərif alıb.


7 Adelin meneceri Adele bir neçə dəfə sərxoş olduqdan sonra Twitter hesabına əl qoyub.

Adel bir tviti yayınlamaq istədiyi zaman əvvəl meneceri, sonra isə üçüncü bir şəxsin razılığını almalıdır.

Sevinc Kərimova/METBUAT.AZ

Xatun efirdə elə bir hədiyyə bağışladı ki - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR