Ermənistanda amansız qətl törədən əsgər danışdı

19:18 13 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Ermənistanda amansız qətldə şübhəli bilinən Valeri Permyakov dindirmə zamanı bildirib ki, Ermənistan-Türkiyə sərhədini keçmək istəməyib.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, bunu ölkə polisi rəisinin birinci müavini Unan Poqosyan deyib.

V.Permyakov sərhədə çatmaq üçün bir neçə yerdə gizləndiyi və tək hərəkət etdiyini deyib.

U.Poqosyan qeyd edib ki, o, saxlanılarkən mülki paltarda olub.

Qeyd edək ki, ötən gün Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR