Prezident yenidən həbs oluna bilər

Prezident yenidən həbs oluna bilər
19:21 13 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə məhkəmənin nəticələri razılaşdırılmış oyunlar barədə qərarı ilə "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım yenidən həbs oluna bilər.

ANS PRESS-in məlumatına görə, bu gün 13-cü İstanbul Ağır cəza məhkəməsi Ə.Yıldırım və daha 6 nəfərin dindirilməsinə dair qərar verib.

Məlumat üçün bildirək ki, bundan əvvəl "Fənərbağça" prezidentinə 6 il 3 ay həbs cəzası verilmişdi. 2012-ci il iyulun 2-də Ə.Yıldırım azadlığa buraxılmışdı.

Ə.Yıldırımla yanaşı, klubun I vitse-prezidenti İlhan Ekşioğlu, Olqun Peker və Yusuf Turanlı da azadlığa buraxılanlar sırasında olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR