Türkiyəyə müalicə üçün getmək istəyənlərin işi asanlaşdı

Türkiyəyə müalicə üçün getmək istəyənlərin işi asanlaşdı
17:58 10 Dekabr 2018
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə İş Bankının Bayındır Sağlamlıq Qrupu bu günlərdə Bakı ofisi açılışını edib.

Publika.az xəbər verir ki, Türkiyə mediasında yer alan xəbərə görə bu mərkəzə ölkənin səhiyyə xidmətindən yararlanmaq istəyən azərbaycanlılar üz tutacaq.

Xəbərdə bildirilir ki, Türkiyədə səhiyyə turizminin inkişafı istiqamətində işlərini dayanmadan davam etdirən Bayandır Sağlamlıq Qrupunun indi də qardaş ölkə Azərbaycanla səhiyyə körpüsü yaradacaq. Keyfiyyətli səhiyyə xidmətlərinin yayılması məqsədi ilə yola çıxan Bayındır Sağlamlıq Qrupu Türkiyədə səhiyyə turizmini inkişaf etdirir. Sağlamlıq turizminə daima dəstək verən Bayındır Sağlamlıq Qrupu, Türkiyəyə gələn xarici xəstə siyahısında ilk dördlükdə yer alan qardaş Azərbaycanın paytaxtı Bakıda açdığı ofis vasitəsi Türkiyədə səhiyyə xidmətindən bəhrələnmək istəyən azərbaycanlı xəstələrə kömək edəcək.

Mərkəz həmin xəstələrin Türkiyəyə gedişini təşkili və müalicə sonrası aparılacaq zəruri prosedurların icrası, xəstənin tam məmnun qalması məsələlərinə qədər- bir çox sahələrdə ona dəstək təmin edəcək. Türkiyə İş Bankı Bayındır Sağlıq Qrupu, Türkiya Cümhuriyyətinin Səfirliyinin ticarət müşaviri Ahmet Ataker, köməkçisi Mehmet Aliyev, gömrük müşaviri Eser Çengelin iştirak etdikleri açılışda, Sağlamlıq Qrupunun, uzun illərdir səhiyyə turizminin sağlam, etibarlı və lazımi istiqamətdə həyata keçiriləcək inkişafı üçün işlərini qüsursuz,doğru yolla davam etdirdiyini xatırladan Bayındır Sağlamlıq Qrupu Ümumi Müdiri Sezai Sevgin: "Türkiyə- səhiyyə turizminin parlayan ulduzudur”-, deyə bildirib.

Sezai bəy bildirib ki, Bayındır Sağlamlıq Qrupu olaraq, uzun illər ixtisaslaşdırılmış kadrları və müasir tibb sistemilə birlikdə sağlamlıq turizmində yorulmadan xidmət edirlər.

“ Azərbaycanın paytaxtı Bakıda yerləşən ofis ilə birlikdə bu xidmətə çıxış imkanını təmin etmək üçün bir körpü qurduq. İki ölkə arasında dostluq əlaqələrinin sağlamlıq sahəsində olan əməkdaşlığımızla bir addım da irəliləyəcəyimizi düşünərək sağlamlıq turizminə yeni bir canlılıq gətiriləcəyinə inandığımız və böyük ümidlər bəslədiyimiz ofisimizə xidmət etməkdən məmnunuq”.

Bayındır Sağlamlıq Qrupunun təməli 1992-ci ildə Bayındır Tıp Mərkəzində xidmətə başlayan Bayındır Xəstəxanasından qaynaqlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/262642.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR