Azərbaycanda GÜCLÜ YANĞIN: bu kənd məktəbsiz qaldı

Azərbaycanda GÜCLÜ YANĞIN: bu kənd məktəbsiz qaldı
18:48 10 Dekabr 2018
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda güclü yanğın olub.

Publika.az xəbər verir ki, rayonun Amsarqışlaq kəndində orta məktəb binasında yanğın olub.

Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Köhnə tikili olan məktəb binasının yeddi sinif otağı tamamilə kül olub.

Yanğında elektrik xətlərində qısaqapanmanın səbəb olduğu bildirilir. Hadisə sonuncu dərs vaxtı olub və şagirdlər dərhal təxliyə edilib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR