18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürdü - Lənkəranda dəhşət

18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürdü - Lənkəranda dəhşət
07:47 11 Dekabr 2018
146 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ana öz körpəsini bətnində öldürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.

Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.

Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/711470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR