İran sәrhәd qoşunları komandanı Bakıda sәfәrdәdir

İran sәrhәd qoşunları komandanı Bakıda sәfәrdәdir
08:47 11 Dekabr 2018
52 Ölkə
Ölkə mətbuatı
A- A+

İranın Sәrhәd Qoşunları komandanı bazar ertәsi günü Azәrbaycan rәsmilәri tәrәfindәn rәsmәn qarşılanıb.

Milli.Az bildirir ki, bunu Trend-ə İranın Bakıdakı sәfirliyindәn mәlumat verilib.

General-mayor Qasım Rzayi Azәrbaycan Dövlәt Sәrhәd Xidmәtinin rәisi general-polkovnik Elçin Quliyevin dәvәti ilә iki ölkә sәrhәd komandanlarının iclasında iştirak etmәk mәqsәdi ilә Bakıya gәlib.

Rzayi iclasdan әlavә Azәrbaycan rәsmilәri ilә görüşәcәk.

İki ölkә münasibәtlәrinin güclәndirilmәsi vә müştәrәk sәrhәdlәrin tәhlükәsizliyinin artırılması İran Sәrhәd Qoşunları komandanının Azәrbaycana sәfәrinin mәqsәdlәrindәndir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/711455.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR