Ev uçdu, bir ailə çöldə qaldı

Ev uçdu, bir ailə çöldə qaldı
19:37 13 Yanvar 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

Ağdaş rayonunun Yuxarı Qəsl kəndində fərdi yaşayış evinin bir hissəsi uçub. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, kənd sakini Tərlan İbrahimova məxsus evin əvvəlcə kürsü hissəsi, sonra isə bir otağın divarları çöküb.

İbrahimovlara məxsus məişət əşyaları uçan evdən çıxarılaraq həyətdə çadır örtüyün altına yığılıb. Ailənin üzvləri isə binanın dağılma təhlükəsi olduğundan qonşuların evində yaşamaq məcburiyyətində qalıblar.

İbrahimovların evi bir neçə il bundan öncə baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Son vaxtlar müşahidə edilən yağıntılı hava şəraiti evin uçmasına səbəb olub. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR