Sənubər İsgəndərli hansı deputatın BACISI QIZIDIR? - MARAQLI FAKTLAR/FOTO

Sənubər İsgəndərli hansı deputatın BACISI QIZIDIR? - MARAQLI FAKTLAR/FOTO
13:23 11 Dekabr 2018
91 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri azərbaycanlı gəmi kapitanı, VII çağırış SSRİ Ali Sovetinin deputatı, uzaq səfərlərə çıxan ilk zabitlərdən biri Hacımurad Pənahov haqqında məqalə yaradıblar.

Bu barədə Publika.az-a MEK-dən məlumat verilib.

Hacımurad Şirəli oğlu Pənahov 1911-ci ildə Bakı şəhərinin Şağan kəndində anadan olub. 1961-ci ildə Bakı – Krasnovodsk (Türkmənbaşı) limanları arasında Avropada ən böyük gəmi-bərə keçidi açılarkən məhz Hacımurad Pənahov ən təcrübəli kapitan kimi gəmi-bərələrin ilki – “Sovet Azərbaycanı” dizel-elektroxodunun sükanı arxasına keçib. Onun səyi, işə yaradıcı münasibəti qısa müddətdə gəmi-bərənin istismarının mənimsənilməsinə kömək edib. O, gəmi-bərələrin səmərəli – sıxlaşdırılmış cədvəllə istifadə olunması təklifini verib ki, bu da böyük iqtisadi fayda ilə nəticələnib.

1974-cü ilin oktyabrında 63 yaşında qəflətən vəfat edib.

Xatırladaq ki, Hacımurad Pənahov Azərbaycan Respublikasının Əməkdar artisti Sənubər İsgəndərlinin dayısıdır. Aktrisa öz feysbuk hesabında dayısı haqqında paylaşım edərək, “Nəslimizin fəxri, dayım, Hacımurad Pənahov” sözlərini yazıb.

Məqalə ilə buradan tanış ola bilərsiniz!


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlitarix/262747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR