Makron geri çəkildi - VİDEO - FOTO

Makron geri çəkildi - VİDEO - FOTO
13:37 11 Dekabr 2018
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron "Sarı jiletlilər"in genişmiqyaslı aksiyaları zamanı törədilmiş zorakılıqları qətiyyətlə pisləyib.

Milli.Az European-a istinadən bildirir ki, o, xalqa müraciətində belə deyib.

"Xalqın səmimi narazılığından yararlanmağa çalışan opportunistlərin oyunlarını gördük. Respublikanı çökdürmək və anarxiya yaratmaq istəyən siyasətçiləri də gördük",  - Makron söyləyib.

Fransa prezidenti daha sonra bildirib ki, Fransada minlərlə insan etiraz aksiyaları üçün küçələrə çıxsalar da, bu aksiyaların səbəbi vergilər yox, qlobal məsələlərdir.

Daha sonra Makron deyib ki, 2019-cu ildən etibarən ölkədə minimal əməkhaqqı 100 avro artırılacaq. Fransa prezidentinin təklif etdiyi digər tədbirlər arasında müəssisələrin əməkdaşlarına illik bonuslar ödəməsi, ayda 2 min avrodan az təqaüd alan təqaüdçülərin məcburi sosial sığortalanmasına məcburi ödənişlərin ləğvi, vergilərin azaldılması da var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Makron geri çəkildi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/711475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR