Türkiyə Ermənistanla münasibətləri normallaşdırır? - RƏSMİ AÇIQLAMA

Türkiyə Ermənistanla münasibətləri normallaşdırır? - RƏSMİ AÇIQLAMA
14:28 11 Dekabr 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:

“Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”.

Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri lə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR