"Bakı"lı bombardir klubundan üzr istədi: "Cavanlıq səhvidi" (VİDEO)

"Bakı"lı bombardir klubundan üzr istədi: "Cavanlıq səhvidi" (VİDEO)
19:41 13 Yanvar 2015
130 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"nın futbolçusu Nurlan Novruzov son günlər mətbuata verdiyi açıqlamalara görə klubundan üzr istəyib.

ANS PRESS-in məlumatına görə, bu barədə “Bakı” klubunun rəsmi saytında videomüsahibə yerləşdirilib.

22 yaşlı hücumçu son günlər klub haqqında dediklərini "cavanlıq səhvi" adlandırıb və rəhbərlikdən bağışlanmasını xahiş edib.

Nurlan Novruzov bir neçə gün idi "Bakı"nın qış hazırlığına qatılmırdı.

Qeyd edək ki, Novruzov futbol üzrə Azərbaycan çempionatında bu mövsüm 9 qol vuraraq bombardirlər siyahısına başçılıq edir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=319471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR