Dəfələrlə istifadə edilə bilən kağız icad olunub

Dəfələrlə istifadə edilə bilən kağız icad olunub
17:35 11 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Çin alimləri tərəfindən hazırlanmış xüsusi kağız 100 dəfə yenidən istifadə edilə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, yalnız bir dəfə istifadə edilən adi kağız sonra tullanılır və ətraf mühiti çirkləndirir. Fuszyan Pedaqoji Universitetinin alim heyəti dəfələrlə istifadə ediləcək kağız hazırladıqlarını bəyan ediblər. Belə kağızda yazılanlar 6 aydan çox müddətdə saxlanıla bilər. Müqayisə üçün, başqa yenidən yazılan kağızlar yazıları artıq bir neçə gün və ya bir neçə ay sonra silirlər.
 
Belə kağızda yazılanları silmək üçün onu –10 selsi  dərəcəyə kimi soyutmaq lazımdır.
 
Emil Hüseynov




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58131-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR