Ermənistana Rusiya silləsi

Ermənistana Rusiya silləsi
19:46 13 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Erməni ailəsinin 6 üzvünü öldürən rus hərbçi Valeri Permyakovu Ermənistan deyil, Rusiya cəzalandıracaq.

ANS PRESS-in məlumatına görə, Ermənistan Baş Prokurorluğunun bu barədə yaydığı açıqlamada bildirilir ki, Rusiya Baş Prokurorluğunun əməkdaşları ilə Gümrüdə baş verən kütləvi qətli müzakirə olunub və hər iki tərəf günahkarların sərt cəzalandırılmasını bəyan edib.

Açıqlamada deyilir ki, 6 nəfərin öldürməkdə şübhəli bilinən Valeri Permyakov Ermənistana təhvil verilməyəcək.

Belə ki, Rusiya qanunlarına əsasən Rusiya vətəndaşı başqa ölkəyə təhvil verilə bilməz.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR