Bakıda daş sexində DƏHŞƏTLİ HADİSƏ: fəhlə divarla aparatın arasında qaldı və...

Bakıda daş sexində DƏHŞƏTLİ HADİSƏ: fəhlə divarla aparatın arasında qaldı və...
21:03 11 Dekabr 2018
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, Qaradağ rayonunda yerləşən “Karvan” daş sexində gecə saatlarında 1 nəfərin ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlum olub ki, ölən şəxs 1970-ci il təvəllüdlü Qasımov Müşfiq Dadaş oğludur.

Məlumata görə, 48 yaşlı M.Qasımov karxana ərazisində şırımaçan aparatın üzərində dayanaraq iş görürmüş. Bu zaman qəza baş verib və şırımasan qurğu seldən çıxıb. Aparatla divarın arasında qalan M.Qasımov hadisə yerindəcə keçinib.

Bildirilir ki, daş sexi iş adamı Tarverdiyev Elman Əliş oğluna məxsusdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR