Prezidentdən yeni fərman

Prezidentdən yeni fərman
19:51 13 Yanvar 2015
271 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, fərmanda qeyd olunur ki, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə 2014-cü il mayın 30-da Minsk şəhərində imzalanmış protokol təsdiq edilsin.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR