Salyanda velosipedçini maşın vurub

Salyanda velosipedçini maşın vurub
23:37 11 Dekabr 2018
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərini Babazənan yaşayış massivi ilə birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Babazənan yaşayış massivinin sakini, 1981-ci il təvəllüdlü Lətifov Şahin Fəxrəddin oğlu velosipedlə hərəkətdə olarkən onu "VAZ-2106" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl də Salyanda velosipdçini maşın vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/711788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR