Avropa Parlamentinin Strasburqdakı binası bağlandı

Avropa Parlamentinin Strasburqdakı binası bağlandı
03:03 12 Dekabr 2018
29 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin (AP) Strasburqda yerləşən binası şəhərin mərkəzində baş vermiş atışma ilə əlaqədar olaraq bağlanıb, əməkdaşlar və deputatlara ehtiyat tədbiri məqsədi ilə hələ ki, bayıra çıxmamaq tövsiyə edilib.

Publika.az xəbər verir ki, bunu çərşənbə axşamı AP nümayəndəsi deyib.

"Avropa Parlamenti bağlanıb, növbəti sərəncama qədər heç kim onu tərk edə bilmir. Avropa Parlamenti deputatları və əməkdaşları onlara təhlükəsizlikdə qalmalarının bildirildiyi məlumat və ya SMS alıblar", - deyə AP-nin kommunikasiya şöbəsinin rəhbəri Jaume Duç "Twitter"də yazıb.

Çərşənbə axşamı baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb, daha 11 nəfər yaralanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/262821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR