Dünyanın ən varlı yazıçıları - SİYAHI

Dünyanın ən varlı yazıçıları - SİYAHI
08:38 12 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

“Forbes” jurnalı dünyanın ən çox kitabı satılan və qonorar alan yazıçılarının siyahısını hazırlayıb.

Kult.az xəbər verir ki, siyahıya 11 müəllif düşüb (iki nəfər 10-cu yeri bölüşüb).

Birinci yeri Ceyms Petterson tutub. Müstəntiq Aleks Kross haqda seriya romanlarla məşhurlaşan Petterson 86 milyon qazanıb.

Ötən il siyahıya liderlik edən Coan Rolinq bu il 54 milyon gəlirlə ikinci yerlə kifayətlənib. Üçlüyü Stiven Kinq 21 milyon gəlirlə tamamlayıb.

Sonrakı yerləri Con Qrişem, Ceff Kinni, Den Braun, Maykl Volf, Daniela Stil, Hora Roberst, Rik Riordan və Erika Leonard Ceyms tutub.

Ümumilikdə bu yazıçıların ABŞ-da 24 milyon nüsxə kitabı satılıb və 283 milyon qazanıblar.

Statistika 1 iyun 2017-ci ildən 1 iyun 2018-ci ilə qədər olan müddəti əhatə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/262818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR