"Sonra anladım ki, Heydər Əliyev bunu bilərəkdən edib" - Xalq artisti İran xatirələrindən DANIŞDI

"Sonra anladım ki, Heydər Əliyev bunu bilərəkdən edib" - Xalq artisti İran xatirələrindən DANIŞDI
09:03 12 Dekabr 2018
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Azərbaycan xalqına Allah tərəfindən verilmiş mükafatdır, milli sərvətimizdir. O, yeni Azərbaycanın memarıdır.

Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən deyib.

M.İbrahimov bir neçə dəfə Ulu öndərlə ünsiyyətdə olmaq şansının ona da nəsib olduğunu qeyd edib:

“Mənə ilk dəfə Əməkdar artist adını, Prezident mükafatını da Heydər Əliyev verib. Ən yaddaqalan görüşümüz 2000-ci il İran səfərində olub. Həmin səfərdə səfirlik binasının həyətində 15 dəqiqəlik bədii hissə nəzərdə tutulmuşdu. Daha sonra Ulu öndər protokola görə, başqa bir görüşə getməli idi. Lakin Heydər Əliyev həmin görüşü təxirə saldı və təxminən bir saatlıq konsert proqramı baş tutdu. Bu müddətin uzanması Ulu öndərin istəyi idi. Onun fəaliyyəti heç bir protokola sığışmırdı. Həmin konsertdə Qarabağ şikəstəsi, muğamlarımız səsləndi. Muğamın səsi Təbrizin dörd bir yanına yayılmışdı. Sonra anladım ki, Heydər Əliyev bunu bilərəkdən edib. Çünki bu ölkədə bizim yüzlərlə soydaşımız var. O, çox uzaqgörən şəxs idi. Qayıdanda da onun təyyarəsi ilə gəldik”.

M.İbrahimov bildirib ki, Heydər Əliyev daim sənət adamlarına xüsusi qayğı göstərib:

“Hər dəfə dövlət tədbirlərindən sonra o, səhnə arxasında sənət adamları ilə görüşərdi. O görüşlərin bir neçəsində mən də olmuşam. Bu gün müstəqil Azərbaycandakı mövcud sabitliyin qurucusu Heydər Əliyevdir. Onun layiqli davamçısı İlham Əliyev Azərbaycanı dünyanın aparıcı dövlətləri arasına qaldıra bilib. Cənubi Qafqazın lider dövlətiyik. Xüsusən muğamımıza böyük qayğı var, bunun da əsasını Heydər Əliyev qoyub. Bu gün Heydər Əliyev Fondu muğamımızın inkişafı, qorunması üçün eyni diqqəti göstərir. Heydər Əliyev hər zaman xalqımızın qəlbindədir”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/262664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR