Bu rayonlarda arıçılıqla məşğul olanlara ŞAD XƏBƏR

Bu rayonlarda arıçılıqla məşğul olanlara ŞAD XƏBƏR
10:38 12 Dekabr 2018
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları 4830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 480300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı kimi olub:

Abşeron- 20 nəfər, 807 arı ailəsi, 8070,0 manat

Ağcabədi- 65 nəfər, 1027 arı ailəsi, 10270,0 manat

Astara- 206 nəfər, 9708 arı ailəsi, 97080,0 manat

Bərdə- 26 nəfər, 638 arı ailəsi, 6380,0 manat

Füzuli- 121 nəfər, 1500 arı ailəsi, 15000,0 manat

Goranboy- 74 nəfər, 1800 arı ailəsi, 18000,0 manat

Gədəbəy- 342 nəfər, 4073 arı ailəsi, 40730,0 manat

Hacıqabul- 8 nəfər, 449 arı ailəsi, 4490,0 manat

İmişli – 2 nəfər, 100 arı ailəsi, 1000,0 manat

İsmayıllı- 5 nəfər, 65 arı ailəsi, 650,0 manat

Kürdəmir - 27 nəfər, 804 arı ailəsi, 8040,0 manat

Qazax- 244 nəfər, 3600 arı ailəsi, 36000,0

Qobustan- 81 nəfər, 1775 arı ailəsi, 17750,0 manat

Qubadlı- 3 nəfər, 74 arı ailəsi, 740,0 manat

Laçın - 43 nəfər, 523 arı ailəsi, 5230,0manat

Lənkəran- 102 nəfər, 3665 arı ailəsi, 36650,0 manat

Masallı – 171 nəfər, 2750 arı ailəsi, 27500,0 manat

Oğuz- 39 nəfər, 750 arı ailəsi, 7500,0 manat

Sabirabad- 2 nəfər, 80 arı ailəsi, 800,0 manat

Samux – 72 nəfər, 1088 arı ailəsi, 10880,0 manat

Samux-Gəncə- 3 nəfər, 100 arı ailəsi, 1000,0 manat

Şabran- 33 nəfər, 988 arı ailəsi, 9880,0 manat

Şamaxı- 238 nəfər, 6422 arı ailəsi, 64220,0 manat

Şəmkir- 173 nəfər, 3361 arı ailəsi, 33610,0 manat

Siyəzən- 73 nəfər, 1600 arı ailəsi, 16000,0 manat

Salyan- 16 nəfər, 283 arı ailəsi, 2830,0 manat

_______________________________

Cəmi: 2189 nəfər / 48030 arı ailəsi / 480300 manat

Bu günə qədər Respublika Komissiyasının keçirilmiş iclaslarında ölkə üzrə cəmi 4654 arıçiya 113815 arı ailəsinə (pətəyə) görə 1138,15 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/262837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR