Çavuşoğlu Azərbaycana səfər edəcək

Çavuşoğlu Azərbaycana səfər edəcək
12:12 12 Dekabr 2018
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

"Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/711915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR