Baba Vəziroğlu doğmasını itirdi: “Ölüm ayağında…”

Baba Vəziroğlu doğmasını itirdi: “Ölüm ayağında…”
13:12 12 Dekabr 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğluna ağır itki üz verib. Şairin bacısı dünyasını dəyişib.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən B.Vəziroğlu ana əvəzi olan bacısının itkisindən sarsıldığını bildirib:

"Pakizə mənim üçün ana əvəzi idi. Ağır itkidir, bu barədə danışmaq mənə çox çətindir".

Şairin həyat yoldaşı Zəminə xanım isə saytımıza açıqlamasında bildirib ki, şair ölüm ayağında xəstə bacısına doğum günü mərasimi təşkil edib. Şairin evində keçirilən mərasimdə əzizləri iştirak edib.

"Bacım ağır xəstəlik nəticəsində dünyasını dəyişdi. Onu İsmayıllı rayonunda dəfn etdik", - deyə Zəminə xanım qeyd edib.

Allah rəhmət eləsin!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/711917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR