Saxta sənədlə Azərbaycana daxil olmaq istəyənlər yaxalandı - FOTOLAR

Saxta sənədlə Azərbaycana daxil olmaq istəyənlər yaxalandı - FOTOLAR
13:23 12 Dekabr 2018
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıq­lığı və peşəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində 5 şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçmələrinin qarşısı alınıb.

DSX-nin Mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə uçub gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qis­mən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə uçub gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub.

Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə uçub gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.

Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə uçub gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR