Acundan boşanan Şeymadan İLGİNC AÇIQLAMA: “Enerji partlayışı yaşayıram”

Acundan boşanan Şeymadan İLGİNC AÇIQLAMA: “Enerji partlayışı yaşayıram”
16:13 12 Dekabr 2018
194 Şou
Ölkə mətbuatı
A- A+

TV 8 kanalının direktoru Acun Ilıcalı ilə 6 il vətəndaş, 14 ay isə rəsmi nikahda yaşayan Şeyma Subaşı ərindən boşandıqdan sonra ilk dəfə açıqlama verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şeyma boşandıqdan sonra ilk müsahibəni “Lofficiel” jurnalının dekabr sayına verib. O, müsahibəsində enerji partlayışı yaşadığını etiraf edib.

Şeyma Acundan boşandıqdan sonra həyatında yeni bir səhifə açdığın bildirib: “Hər kəsin həyatında eniş və çıxışlar olur. Bu dövrlərdə özümə həmişə xatırlatdır və təlqin edirəm ki, can sağlığı hər şeydən vacibdir. Əgər canın sağlamdırsa, öhdəsindən gələ bilmədiyin heç nə yoxdur. Gələcək üçün də eyni şeyi deyirəm.

Ailəm, uşağım və özüm sağlam olduğumuz müddətdə bütün problemlər yoluna düşəcək. Bu, hər kəs üçün keçərlidir. İş və ya eşq həyatında hər kəsin pis dövrləri ola bilər, əsas odur ki, bu dövrlərdə ətrafımıza baxıb, nəfəs aldığımızı hiss edib yalnız bunun üçün də şükür edə bilək.

Gələcəkdəki Şeymaya demək istərdim ki, bir az eqoist olsun. Məncə, həyatda bir az da eqoist olmaq lazımdır. Özünüz xoşbəxt olsanız, bütün diqqətiniz bu xoşbəxtliyə yönələcək, nəticə etibarı ilə ətrafınızdakı insanlar da xoşbəxt olacaq. Onlar həyat yoldaşı, uşağınız, sevgiliniz və ya dostunuz da ola bilər. Çünki xoşbəxtlik getdikcə çoxalan və yayılan müsbət enerjidir, siz sevinirsinizsə, əmin olun ki, ətraf də xoşbəxt olacaq”.

Şeyma sonda sakit yaşamağı sevmədiyini bildirib: "Bir az artıq enerji partlayışı yaşaya bilərəm, hətta mən də özümü tarazlamağa çalışıram, lakin işlər hələ də davam edir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/262877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR