Türkiyənin yeni helikopteri təqdim olundu

Türkiyədə istehsal edilən yeni helikopterin təqdimatı olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti "T625" helikopterinə "Gökbey" adını verib.

Bildirək ki, helikopter 6050 kq yük götürmə qabiliyyətinə malikdir. Ekipaj üzvü 2 nəfər olan helikopterin sərnişin tutumu 10 nəfər nəzərdə tutulub. Uzunluğu 16 metrə yaxın olan"Gökbey"lə xilasetmə, təcili yardım, yük daşıması və s. kimi işləri yerinə yetirmək mümkündür.


Sabahın hava proqnozu açıqlanıb - Yağış, qar... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR