Şahzadənin həyat yoldaşı protokol qaydalarını HEÇƏ SAYDI – FOTO

Şahzadənin həyat yoldaşı protokol qaydalarını HEÇƏ SAYDI – FOTO
17:48 12 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl bir neçə gün əvvəl Londonda keçirilən “Fashion Awords 2018” mərasimində gözlənilmədən səhnəyə çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hersoginyanın bu tədbirdə daha bir protokol qaydasını pozduğu üzə çıxıb. Dırnaqlarına qara lak sürtən hersoginya krallıq protokoluna aid gözəllik qaydasını heçə sayıb.

Kral qaydalarına görə, qadınlar dırnaqlarını uzada bilməz. Bununla yanaşı, qırmızı, bənövşəyi kimi laklar da sürtmək olmaz. Protokol qaydaları onlara sadəcə şəffaf dırnaq boyaları çəkməyə icazə verir. Dırnaqların hər zaman manikürlü olması da qaydalara daxildir.

Yeri gəlmişkən, 3 aylıq hamilə olan Megan Marklın hamiləlik stili diqqətləri üzərinə çəkməyə başlayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gozellik/262880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR