Məşhur Türk jurnalistə Azərbaycanda YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Məşhur Türk jurnalistə Azərbaycanda YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
18:03 12 Dekabr 2018
94 İdman
Ölkə mətbuatı
A- A+

Türk dünyasının tanınmış jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub.

Bu barədə Publika.az-a Kikboksinq Federasiyasından məlumat verilib.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ali Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib.

“Ali Kan Türkiyədə tanınmış jurnalistlərindəndir. Azərbaycanın haqq səsini Türk dünyasına çatdırılmasında xüsusi rolu var. Azərbaycan davasında yanımızda olan qardaşdır.

Kikboksinq federasiyasının Türkiyədə tanıdılmasında böyük xidmətlər göstərib. Hazırladığı xəbərləri yüzlərlə Türkiyə saytı öz səhifəsində işıqlandırıb. Türkiyənin siyasi elitasında hörmətlə qarşılanan media mənsublarındandır. Bu gün onu öz aramızda görməkdən məmnunuq. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə millət vəkili əlavə edib.

Ali Kan federasiyada olmağından qürur hissi keçirdiyini söyləyib.

“Adil müəllimlə və dostlarla birgə addımlamaq mənimçün böyük qururdu. Federasiya mənim üçün doğma yerdir. Əvvəl necə fəal idimsə,bundan sonra da fəallığımı artıracam. Federasiyada Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə çalışacam”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/262890.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR