​Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında ümummilli lider Heydər Əliyevin yeni xatirə guşəsi yaradılıb.

Guşədə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndərin büstü önünə çiçəklər qoyub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, ölkəyə rəhbərlik etdiyi dövrdə gördüyü işlərdən, müstəqil dövlətimizin yaranmasında göstərdiyi misilsiz xidmətlərindən danışılıb.

Sabahın hava proqnozu açıqlanıb - Yağış, qar... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR