ABŞ-dan Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ

ABŞ-dan Ermənistandakı vətəndaşlarına XƏBƏRDARLIQ
20:13 12 Dekabr 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İrəvandakı səfirliyi Amerika vətəndaşlarını Ermənistanda ayıq-sayıq olmağa çağırıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda deyilir.

“ABŞ-ın İrəvandakı səfirliyi bayram tətili günlərinin yaxınlaşması ilə əlaqədar vətəndaşlarını diqqətli olmağa çağırır. Bu dövr ərzində qarət və soyğunçuluq halları arta bilər”, - deyə məlumatda vurğulanır.

Diplomatik nümayəndəlikdə bəyan ediblər ki, transmilli terror təşkilatları və ekstremist ideologiyası ilə ruhlanan ayrı-ayrı şəxslər tərəfindən daim təhlükə var.

“Ekstremistlər turistlərin çox olduğu yerləri, o cümlədən, ticarət mərkəzlərini, aeroportları, klubları, restoranları və nəqliyyat qovşaqlarını diqqət mərkəzində saxlayırlar”, - bəyanatda qeyd olunur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/262902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR