Beynəlxalq Şahmat Federasiyası yeni reytinq cədvəlini

Beynəlxalq Şahmat Federasiyası dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Metbuat.az xəbər verir ki, reytinq cədvəlinə əvvəlki kimi, ötən ay dünya çempionu titulunu qorumuş norveçli Maqnus Karlsen (2835) başçılıq edir. İkinci pillədə amerikalı Fabiano Karuana (2832), üçüncü yerdə isə həmyerlimiz Şəhriyar Məmmədyarov (2817) qərarlaşıblar.

Dünyada ən güclü 100 şahmatçı siyahısında Azərbaycandan 6 şahmatçının adı var. Siyahıda Teymur Rəcəbov (2757), Arkadi Naydiç (2736), Rauf Məmmədov (2703), Eltac Səfərli (2671), Qədir Hüseynov (2664) yer alıblar.

Sabah dolları bu qiymətə alacaqsınız - Mərkəzi Bank - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR