Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı

Alkasarın Azərbaycandakı diplomatik missiyası başa çatdı
21:33 12 Dekabr 2018
57 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar MəmmədyarovBraziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santyaqo Luis Bento Fernandes Alkasarı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında mövcud olan ikitərəfli əlaqələr, o cümlədən siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.

Səfir Santyaqo Luis Bento Fernandes Alkasar fəaliyyət müddəti ərzində Azərbaycan və Braziliya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Səfir Santyaqo Luis Bento Fernandes Alkasara təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR