İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"

İndoneziya səfiri: "Bu işğala son qoyulmalıdır"
21:48 12 Dekabr 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir".

“Report” xəbər verir ki, bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirib.

"Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.

İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/262907.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR