Bərdədə 13 yaşlı məktəbli qızı maşın vurdu

Bərdədə 13 yaşlı məktəbli qızı maşın vurdu
02:23 13 Dekabr 2018
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR