Bərdə sakinini həmyerlisi bıçaqladı

Bərdə sakinini həmyerlisi bıçaqladı
08:52 13 Dekabr 2018
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda bıçaqlanma hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Qarabağ qəsəbəsində yerli sakin Teymurov Ruslan İlyas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/712112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR