Bakıda quldurluq – Küt alətlə vurub pulunu aldılar

Bakıda quldurluq – Küt alətlə vurub pulunu aldılar
11:58 13 Dekabr 2018
43 Digər
Ölkə mətbuatı
A- A+

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib.

DİN Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb.

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/262956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR