Ermənistanda ETİRAF: “Belə ordu ilə qalib gələ bilmərik”

Ermənistanda ETİRAF: “Belə ordu ilə qalib gələ bilmərik”
15:43 13 Dekabr 2018
51 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda ac qalan insanların dəhşətli dramı üzə çıxıb. Bu, həm də dolayısı ilə erməni ordusundakı vəziyyəti də ifşa edib.

Publika.az
xəbər verir ki, bir qadın ac qalan uşaqlarını doyurmaq üçün 10 min dram (59 dollar) oğurlayıb. Ananın oğlu Ermənistan ordusunda xidmət edir.

“Lragir” saytı yazır ki, hərbi qulluqçular bir ay sonra tərxis olunacaq əsgər yoldaşlarının anasının həbsi ilə bağlı Nikol Paşinyana müraciət ediblər. Onlar qeyd ediblər ki, yoldaşlarının anasının olmadığı evə qayıtmasını istəmirlər. Ailənin yaşadığı ev də kirayədir. Hərbçilərin açıq məktub ünvanlaması Ermənistan ordusundakı vəziyyəti də aşkara çıxarıb.

Sayt yazır ki, hərbi qulluqçuların açıq məktubu ictimai rakursda Ermənistan üçün yeni hadisədir: “Uzun illər ordu “zon"a çevrilmişdi və oğru qanunları ilə idarə olunurdu. Hakimiyyətə hansısa məktub ünvanlamaq, məsələni hüquqi yolla həll etmək qəbahət sayılırdı. Orduda “zon”dakı kimi bütün məsələlər haqqında qərarı onu idarə edən verir. İndi yazılan açıq məktub vəziyyətin az da olsa dəyişdiyinə ümid yaradır”.

Sayt qeyd edir ki, belə bir ordu ilə müharibədə heç vaxt qalib gəlmək mümkün deyil.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/southcaucasus/262983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR