Yəhudi əsilli dünya ulduzu İsrarilə QARŞI ÇIXDI: "Bu, bir səhvdir və..."

Yəhudi əsilli dünya ulduzu İsrarilə QARŞI ÇIXDI: "Bu, bir səhvdir və..."
17:58 13 Dekabr 2018
157 Şou
Ölkə mətbuatı
A- A+

Yəhudi əsilli aktrisa Natali Portman Təl-Əvivin iyul ayında qəbul etdiyi "Yəhudi Milləti Dövlət Qanunu"nu irqiçilik kimi səciyyələndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Londonda ərəbcə çıxan “Al-Kuds Al-Arabiya” qəzetinə müsahibə verən Portman İsraildə bu il təsdiq olunan "Yəhudi Milləti Dövlət Qanunu"nu tənqid edib. Mübahisəli qanunu "irqçilik" kimi qiymətləndirən Yəhudi əsilli Hollivud ulduzu fikirlərini belə ifadə edib:

“Bu, bir səhvdir və qanunu qəbul etmirəm. Qonşularımızı həqiqətən sevə və onlarla birlikdə işləyə biləcəyimizə ümid edirəm".

Xatırladaq ki, "Yəhudi Nobeli" adlandırılan və nüfuzlu şəxslərə verilən "Genesis" mükafatına bu il Natali Portman layiq görülmüşdü, ancaq “Oskar” sahibi olan kino ulduzu 2 milyon dollar dəyərindəki mükafatı almağı rədd etmişdi.

Mükafat mərasimində İsrailin Baş Naziri Binyamin Netanyahu boykot etdiyi üçün qatılmayacağını açıqlayan Portman "İmtina etdim, çünki mərasimdə çıxış edəcək Binyamin Netanyahunun fikirlərini alqışlamaq və təsdiq etmək istəmədim", - deyə açıqlama vermişdi. Portman qatılmayacağını elan etdikdən sonra builki “Genesis” mükafatlandırma mərasimi ləğv edilmişdi.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/263004.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR