Azərbaycan Rusiyaya BÖYÜK DƏSTƏK

Azərbaycan Rusiyaya BÖYÜK DƏSTƏK
18:48 13 Dekabr 2018
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 12-də Rusiya enerji sisteminin Artyom-Mahaçqala elektrik verilişi xəttində baş vermiş qəza açılması ilə əlaqədar olaraq, saat 08:52-dən 20:51-dək Azərbaycan enerji sistemi Rusiya enerji sisteminin Dağıstan enerji qovşağını (Dərbənd yarımstansiyası) 140-160 MVt gücündə elektrik enerjisi ilə təmin edib.

Publika.az-a "Azərenerji"dən verilən məlumata görə, enerji ixracı Azərbaycan ilə Rusiya arasında imzalanmış “Qəza vəziyyətində qarşılıqlı yardım Müqaviləsi” əsasında həyata keçirilib.

Qeyd edək ki, 2018-ci ilin iyul-noyabr ayları ərzində sözügedən müqavilə çərçivəsində hər iki enerji sistemində təmir-qəza rejimlərində elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.

Bu xüsusda, elektrik enerjisinin Rusiyadan Azərbaycana idxalının həcmi 16,4 milyon kilovatt-saat, Azərbaycandan Rusiyaya ixracın həcmi isə 32,4 milyon kilovatt-saat təşkil edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/263016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR