Yazda yeni TOQQUŞMALAR, Paşinyan QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Yazda yeni TOQQUŞMALAR, Paşinyan QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 13 Dekabr 2018
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimdə ciddi kadr dəyişiklikləri baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada Fərat çayının şərqində hərbi əməliyyat təşkil ediləcəyi ilə bağlı açıqlamasına ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cavab verib. Kiyev Mariupol istiqamətində çox sürətli hücum və Rusiya ilə sərhədə çıxış üçün Donbasda silahlı təxribat hazırlayır. ABŞ-ın İranda qarşıdurma yaratmaq planı hazırlaması mümkündür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı əsas mövzulardan biridir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan üçün əsas mövzudur, Rusiya isə danışıqlar prosesinin vasitəçilərindən biridir.

M.Zaxarova, həmçinin tərəflər arasında fəal dialoqun olduğunu təsdiq edib:

“Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik”.

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimdə ciddi kadr dəyişiklikləri baş verir. Bu haqda öz mənbələrinə istinadən “Qraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, “Dağlıq Qarabağ müdafiə ordusu”nun komandanı Levon Mnasakanyan vəzifəsindən azad edilib. İddiaya görə, onun yerinə “Baş qərargah müdiri” Karen Abraamyan təyin ediləcək.

Paşinyan Qarabağda HÜCUMA KEÇDİ: Mnasakanyan...

“Ermənistana ölkədəki iqtisadi vəziyyəti qaydaya salmaq lazımdır. əgər dövlət olaraq uğur qazanmaq istəyirlərsə, insanların ölkəni tərk etməsinin qarşısı alınmalıdır”. Bu barədə rusiyalı ekspert Aleksandr Krılov deyib.

Yazda yeni toqquşmalar başlanacaq - Rusiyalı ekspertdən Ermənistan üçün ŞOK PROQNOZ

Rusiya Avrasiya İqtisadi Birliyi (AİB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Ermənistanla konstruktiv dialoqa sadiqdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

Zaxarova sözügedən birliklər daxilində Ermənistanın yeni hökuməti ilə konstrukiv müzakirələrin davam edəcəyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada Fərat çayının şərqində hərbi əməliyyat təşkil ediləcəyi ilə bağlı açıqlamasına ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cavab verib. Pentaqon Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib.

Ən qorxunc variant REALLAŞIR: ABŞ Türkiyə ilə müharibəyə "HƏ" DEDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağı barədə bəyanatı ilə regionda hərəkətlilik artıb. Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlı dəstələr göndərən Türkiyə Suriyadakı müttəfiqlərini də əməliyyata hazırlayır.

Türkiyənin düşməni darmadağın edəcək ƏMƏLİYYAT PLANI AÇIQLANDI: Amerika əsgərləri...

Bölgədə təhlükəsizliyin təmin edilməsinin yeganə yolu ABŞ və Türkiyənin anlaşmasından keçir. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, mayor Sen Robertson deyib.

Robertson bildirib ki, iki ölkə arasındakı işbirliyi yalnız Türkiyəyə yaxınlaşmaqla və Suriya Ali İşçi Qrupu ilə əməkdaşlığı artırmaqla mümkün ola bilər.

Sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi üçün dialoqun zəruri olduğunu qeyd edən Pentaqon sözçüsünün sözlərinə görə, koordinasiya edilməmiş hərbi əməliyyatlar maraqların toqquşmasına gətirib çıxaracaq.

Əgər Avropa Birliyi İrana qarşı ABŞ sanksiyalarını pozsa, o zaman ABŞ tədbirlər görə bilər. Bunu BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Bu sanksiyalarda bir sıra istisnalar var. Əgər AB-nin İranla ticarəti bu istisnalarla əlaqədar olsa, biz sanksiyalar tətbiq etməyəcəyik. Əgər bizim məhdudiyyətlərimizə qarşı hansısa pozuntular olsa, o zaman biz istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”, – deyə o bildirib.

Pompeo dünyanı İranın ballistik raket sınaqlarına qarşı diqqətli olmağa da çağırıb:

“Təhlükəsizlik Şurasının nüvə silahının yayılması riskinə qarşı ciddi yanaşmaq vaxtı çatıb. Biz buna müqavimət göstərmək üçün hər şeyi etməyə hazırıq. Bunun üçün ABŞ-ın rəhbərliyi ilə koalisiya yaratmağa hazırlaşırıq. Bu gün Təhlükəsizlik Şurasının 11 üzvü İranın raket sınaqları ilə bağlı narahat olduğunu bildirib ABŞ-a qoşuldu”.

ABŞ-ın İranda qarşıdurma yaratmaq planı hazırlaması mümkündür. Bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

“Son iki ildə ABŞ İrana münasibətdə təzyiqlərini artırıb. ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda qarşıdurma yaratmağı planlaşdırır”, – deyə o bildirib.

O, Ağ Evin bu ilin əvvəlində İrandakı rejimin öz 40 illiyini görməyəcəyi və 2018-ci ilin yayının çox isti olacağı ilə bağlı yaydığı bəyanata da reaksiya verib:

“Keçən ilin yayı ən sakit zamanlardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiyləyə əl ata bilərlər. Onlar 2018-ci il haqqında deyirdilər, amma qarışıqlığı 2019-da sala bilərlər”.

Ukraynada insanlar Rusiyayla müharibə haqqında səmimi danışırlar. Onların dediklərinə görə, Rusiya ilə müharibə heç vaxt belə yaxın olmamışdı. Bu sözlər Çexiyanın “Denik N” nəşrinin analitik yazısında yer alıb.

Nəşr müharibənin bütün ssenarilərini çəkir, aydınlaşır ki, Kiyevdə qələbə üçün heç bir şans yoxdur. Sual yalnız ondan ibarətdir ki, Ukrayna nə qədər dayana biləcək.

Tək şans qaldı: iki ordu MÜHARİBƏ ƏMRİ GÖZLƏYİR - Mümkün SSENARİLƏR

Kiyev Mariupol istiqamətində çox sürətli hücum və Rusiya ilə sərhədə çıxış üçün Donbasda silahlı təxribat hazırlayır. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, yalnız dekabrın 1-dən 7-dək olan dövrdə ATƏT-in müşahidəçiləri Minsk razılaşmaları ilə təmas xəttində saxlanılması qadağan edilən ağır silahlar və texnikanın 190 vahidini qeydə alıblar. Zaxarova iddia edib ki, Donbasda hücum və vəziyyətin kəskinləşməsi Ukrayna prezidenti Pyotr Poroşenkoya seçkilər ərəfəsində öz reytinqini yüksəltmək üçün “hava kimi” lazımdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi daha əvvəl xəbərdarlıq edib ki, Kiyev Donbasda bütün təmas xətti boyu əhəmiyyətli hücum komponentləri cəlb edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/262978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR